Neftin qiymətində cüzi bahalaşma müşahidə olunur

Neftin qiymətində cüzi bahalaşma müşahidə olunur
Neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. Belə ki, Avropada neftə olan tələbatın nisbətən artması neftin qiymətinə də təsirsiz ötüşməyib. SİA-nın məlumatına görə, belə ki, WTI markalı neftin bir barelinin qiyməti 0,63 dollar qalxaraq, 99,6 dollar olub. Birjalarda isə benzinin qiymətində proqnozlaşdırılandan daha çox qiymət artımı müşahidə olunur. Bu günə olan qiymətləri nəzərinizə çatdırırıq. Nyu-Yorkun NYMEX birjasında bu gün Light Sweet Crude Oil markalı neftin qiyməti 98,21 dollar olub. ICE Ftutres əmtəə birjasında isə Brent markalı neftin qiyməti 1,17dollar (1,04%) qalxaraq 114,15 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə