Azərbaycan qazı TANAP-la Avropaya nəql edilir - SINAQ

Azərbaycan qazı TANAP-la Avropaya nəql edilir - SINAQ

Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb. SİA-nın məlumata görə, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçməkələ İtaliyaya qədər çatdırılacaq.

TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi deyilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə