AMB Avronun güclənməsindən narahatdır

AMB Avronun güclənməsindən narahatdır

Avropa Mərkəzi Bankının (AMB) rəsmiləri Avronun güclənməsindən narahatdırlar. Rəsmilərin bu narahatlıqlarını dilə gətirmələri Avronun ucuzlaşmasına səbəb olub. SİA xəbər verir ki, AMB rəsmilərinin avronun bahalaşmasının ixrac üzərində təzyiq yaratmasından və qiymətləri (inflyasiyanı) aşağı sala biləcəyindən narahatlıq keçirdikləri qeyd edilib.

AMB-nin növbəti yığıncağı 10 Sentyabrda reallaşdırılacaq. Avro dollar qarşısında iki ildən çox müddətdir ilk dəfə treyderlər üçün kritik səviyyə olan 1.20-nin üzərini görməsindən bu yana təxminən 1.5% düşüb.

Avro/Dollar cütlüyü Bakı vaxtı ilə saat 15:00-da 0.4% geriləmə ilə 1.1807 səviyyələrində olub.

ABN Amro məzənnənin Sentyabr sonuna qədər 1.15 səviyyəsinədək düşə biləcəyini təxminin edir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə