Bu Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilir:

1.1. 5.1.23-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.24-cü yarımbənd əlavə edilsin:

“5.1.24. kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatlar.”;

1.2. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 13-cü abzas əlavə edilsin:

“13. kənd təsərrüfatı məhsullarını yetişdirdiyi istixanalar barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat forması üzrə daxil etmək;”;

1.3. 7.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 10-cu abzas əlavə edilsin:

“10. fermerdən tədarük etdiyi məhsulları saxlamaq üçün istifadə etdiyi soyuducu anbarlar və taxıl elevatorları barədə məlumatları EKTİS-də müəyyən edilmiş hesabat formasına uyğun olaraq daxil etmək;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə