Fərdi sahibkarlara 63 milyon manat ödəniş edilib

Fərdi sahibkarlara 63 milyon manat ödəniş edilib

"Ölkədə muzdlu çalışan 212 mindən çox işçiyə 98 636 manata yaxın ödəniş edilmişdir. Fərdi sahibkarlara isə 63 milyon manat maddi dəstək göstərilmişdir, bu da 105 723 nəfəri əhatə edib". Bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsumov deyib.

O bildirib ki, həmçinin pandemiyadan zərər çəkən sahələrdə çalışan sahibkarlara vergi güzəştlərinin edilməsi və tətillərin verilməsi ilə bağlı qanuna dəyişiklik edilib və artıq tətbiq edilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə