Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Bu il noyabrın 15-də Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə APA-ya Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov bildirib.
İclas Bakıda keçiriləcək. Toplantıda iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün sazişlər və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB