Samir Şərifov Hesablama Palatasının rəyi ilə razılaşmadı

“2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir”. SİA-nın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında "2019-cu ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Hesablama Palatasının rəyində razılaşmadığı müəyyən fikirlər var: “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...