Pandemiyadan zərər çəkən sahibkarlara dövlət dəstəyi necə icra olunacaq? RƏSMİ AÇIQLAMA

“Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, operativ və çevik şəkildə qəbul olunan qərar nəticəsində tədbirlər planı hazırlanıb və icrasına başlanılıb. Orada əsas məsələ sahibkarların birbaşa maliyyə dəstəyi almasıdır”. SİA-nın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov deyib.

Bəs görəsən maliyyə dəstəyi kimlərə şamil olunur?

O bildirib ki, maliyyə dəstəyi alan kateqoriyalara 300 min nəfəri əhatə edən muzdlu işçi çalışdıran işəgötürənlərdir: “ Muzdlu işçi dedikdə Əmək müqaviləsinə uyğun olaraq işəgötürüb çalışdıran deməkdir. Daha sadə dildə desən Əmək müqaviləsi olan işçilərdir. Çünki bizim işçi olduğu müəyyənləşdirən sənəd məhz əmək müqaviləsidir. Bu baxımdan da İqtisadiyyat Nazirliyi sırf sahibkarlıq subyektlərinə münasibətdə maliyyə dəstəyinin paketini formalaşdırıb. İqtsadiyyat Nazirliyi tərəfindən 300 min işçini əhatə edəcək dəstək paketi üçün 215 milyon manat ayrılıb”.

Maliyyə yardımını necə almaq olar?

Onun sözlərinə görə, dəstək paketinə əsasən maliyyə yardımı sahibkarlara ödəniləcək ki, onlar da işçilərinə ödəsin: “Biz bilirik ki, hər bir sahibkarın internet vergi idarəsində elektron vergi kabineti var. Orada pandemiya ilə əlaqədar maliyyə dəstəyi bölməsində alt bölmələr var ki, onlardan biri muzdlu işlə əlaqədar olaraq əməyin ödənilməsi bölməsidir ki, sahibkarlar həmin bölmədə mövcud olan formanı doldurulmalıdırlar. Çünki işçilərə maliyyə dəstəyi biznes strukturu vasitəsilə göstərilir. Forma doldurulduqda orada bir sıra məlumatlar (sahibkarın VÖEN-i, martın 1-dək müqavilədə olan işçilərin sayı) avtomatik rejimdə çıxacaq. Bu məlumatlar yoxlanıldıqdan sonra sahibkara təsdiq verilir. Ondan sonra sahibkara onun əmək haqqısı verilir. Belə ki, mart ayı üçün orta əmək haqqı 712 manat olduğu bu rəqəmdən aşağı maaş alanlar əmək haqlarının hamısı, yuxarı olanlar isə bir hissəsini ala biləcəklər”.

Əgər sahibkar işçi üçün ayrılan vəsaiti verməzsə?

E.Camalov qeyd edib ki, maliyyə dəstəyi sahibkarın bir başa bank hesabına köçürüləcək: “Lakin maliyyə ilə bağlı apaürılan proseslər İqtisadiyyat Nazirliyi tərəfindən mütləq şəkildə nəzarətdə saxlanılacaq. Əgər işçilər ayrılan vəsaitin ödənilməməsi ilə bağlı hal baş verəsə, o zaman həmin şəxslər nazirliyin 195-2 Çağırı Mərkəzinə, nazirliyin səhifəsinə elektron şəkildə müraciət edə bilərlər. Nazirlik tərəfindən məsələ araşdırıldıqdan sonra sahibkarla bağlı zəruri tədbirlər görüləcək. Eyni zamanda biz özümüz buna nəzrət edəcəyik və maliyyənin ayrıldığı sahibkarın adı ictimaiyyətə açıqlanacaq ki, işçilər bundan xəbərdar olsunlar. Bu baxımdan tövsiyə edirəm ki, hər kəs nazirliyin saytını izləsin və bununla bağlı informasiyalardan xəbərdar olsunlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə