Şirzad Abdullayev: “Bu ilin birinci rübündə sahibkarlara verilən güzəştli kreditin məbləği 40% artıb”
Bu ilin birinci rübündə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlara verilən güzəştli kreditin məbləğini ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artırıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. O bildirib ki, cari ilin 3 ayı ərzində fond tərəfindən 332 sahibkara 27,5 milyon manata qədər güzəştli kreditin verilməsi təmin edilib.
"Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70% sahibkarların sayında, 40% isə məbləğdə artım deməkdir. Biz gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik", - deyə Ş.Abdullayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB