Azərbaycan neft hasilatını 41 min azalda bilər ÖZƏL - AÇIQLAMA
"OPEK+ ölkələrinin Texniki Komitə Nazirlərinin toplantısında neft hasilatının 600 min barrel daha azaldılması təklif ediləcək". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban OPEK+ ölkələrinin Vyanada keçirilən iclasını şərh edərkən deyib.
Bələ ki, neftin hasilatının azaldılmasına yönəldilmiş iclasda əsas müzakirə predmeti neftin 60 dollardan aşağı düşməmək şərti ilə dünya bazarında qiymətinin bu həddə sabitlənməsinə yönələcək.
Ekspert bildirib ki, 2019-cu ilin dekabrında qəbul edilmiş qərara əsasən yanvar ayının 1-dən OPEK+ çərçivəsində neftin hasilatının 500 min barel azaldılması ilə bağlı 2020-ci ilin I rübü ərzində, yəni martın 31-nə qədər bu qərar davam etdirilsin: "Bu kvotaya əsasən Azərbaycanın öhdəliyinə 7 min barrel neft düşürdü. Yəni bu onu göstərir ki, 2017-ci ilin qərarından sonra, hansı ki, həmin il hasilatın 20 min azaldılması nəzərdə tutulmuşdu, bu meyar 27 mini təşkil etdi. Vyanada keçirilən iclasda isə OPEK+ Texniki Komitəsinin Nazirlərinin toplantısında neftin ümumi hasilatının 600 min barel daha azaldılması təklif ediləcək. Əgər daha 600 min barrel daha azaldılsa, 1 apreldən etibarən bu ilin sonuna qədər bu azaldılma qərarı qüvvədə olacaq. Qərar qüvvədə olduğu müddətdə Azərbaycanın kvota payına hardasa 8 min barel neft düşəcək. Yəni ümumi hasilat 35 min civarında azaldıla bilər".
Araşdırmalarımıza əsasən Azərbaycanın öhdəsinə düşən 7 min barel ümumi 500 min barelin 1,4 faizini təşkil edir. Bu hesabla ümumi hasilat 600 min barel daha azaldılsa 1,4 faiz nisbətində bu 8,4 min bareli təşkil edəcək və ümumi hasilat 35,4 min barel azaldılacaq.
Qeyd edək ki, son məlumatlara əsasən, OPEK+ koronavirusun təsirini aradan qaldırmaq məqsədi ilə bu ilin II rübü üçün gündəlik neft hasilatını əlavə 1 mln. barel azaltmağa tövsiyə edib. Əgər bu 1,4 faiz hesabı ilə götürülsə Azərbaycanın payına 14 min barel düşəcək və ümumi hesabla 41 min barel neft hasilatı Azərbaycan tərəfdən azaldıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB