"Azərbaycan və İtaliya arasında əməkdaşlığın yaxşı gələcəyi var"

"Bir müddət əvvəl Prezident İlham Əliyev İtaliyaya səfər etdi və mən Prezident İlham Əliyevə təşəkkür edirəm". SİA xəbər verir ki, bunu İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısının yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Nazir müavini Cənub Qaz Dəlizi layihəyəsi üzrə aparılan işin artıq tamamlanmaq üzrə olduğunu qeyd edib.
"İtaliyanın mövqeyi ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi baxımından həm təchizatçılar, həm də istehlakçılar üçün bir şaxələndirmə mənbəyidir. Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlığın çox yaxşı gələcəyi var. İki ölkənin müvafiq nazirləri tərəfindən Prezident İlham Əliyevin səfəri zamanı energetika sahəsində Anlaşma Memorandumu imzalanıb. Məqsəd, enerji mənbələrinin şaxələndirilməsi sahəsində iki ölkə arasında enerji sahəsində iş birliyinin gücləndirilməsindən ibarətdir. Mən bu iclasda iştiraka və yaradılmış şəraitə görə təşəkkür edirəm", deyə İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə