Azərbaycandan dünyaya islahat nümunəsi

Azərbaycandan dünyaya islahat nümunəsi

Bu, Prezident İlham Əliyev siyasətinin məntiqi realllığıdır

İldən-ilə daha geniş miqyas alan, milyonların rifahına xidmət edən sosial islahatların əsasında ölkənin iqtisadi qüdrəti və dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Bu güc isə ölkə Prezidenti İlham Əliyevin son 16 ildə həyata keçirdiyi müdrik siyasətin nəticəsində əldə edilib və bu gün Azərbaycan dünyada söz və nüfuz sahibinə çevrilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu il yanvarın 21-də - bir gündə Prezident İlham Əliyevin Davosda aparıcı şirkətlərin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri və bu görüşlərdə aparılan danışıqlar, bir daha onu təsdiqləyir ki, Azərbaycanın uğurlu illəri hələ çox olacaq.

Bu günlərdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin danışıqlarının əhatə dairəsinin genişliyi, şübhəsiz ki, Prezident İlham Əliyevin məqsədyönlü, möhkəm iradəyə söykənən xarici siyasətinin nəticəsi və diplomatiyamızın uğurudur.

Azərbaycan Prezidentiİlham Əliyevinzərbaycana rəhbərlik etdiyi son 16 il ərzində həmişə belə olub, verdiyi vədləri qətiyyətlə, istənilən şəraitdə yerinə yetirir. Tam əminliklə deyə bilərik ki, gələcəkdə də belə olacaq. Prezidentin verdiyi hər bir sözə görə yüksək məsuliyyətini,sonuncu prezident seçkilərindən sonra keçən bir il ərzində də aşkar görmək olar. Dövlət başçısı seçkilərdən dərhal sonra iqtisadi və sosial islahatlar sahəsində ciddi tədbirlər paketi qəbul ediləcəyini bildirdi və bu dəfə də öz vədini yerinə yetirdi.

Yenilik reallığı – xalqımızı və dövlətimizi daha hansı uğurlar gözləyir

Azərbaycanda bütün islahatların və dəyişikliklərin əsas təşəbbüskarı Prezident İlham Əliyevin özüdür. Məhz Onun təşəbbüsü ilə məhkəmə-hüquq sistemində dərin islahatlar aparılıb. Prezidentin bu sahədə sonuncu Fərmanı - ədalət mühakiməsi sistemində islahatların yeni mərhələsinə start vermiş sənəd ekspertlər tərəfindən İnqilabi Fərman adlandırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli bütün dünyanın diqqətini cəlb edib. Həmçinin, DOST, ABAD, Bir Pəncərə, İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır. Ən əsası odur ki, islahatların sistemli, rəvan və hər hansı gərginlik olmadan aparılması islahatlara inamı artırır. Azərbaycan ictimai-siyasi kataklizmlər yolu ilə deyil, təkamül yolu ilə inkişaf edir. Hazırda dünyada rəqabət idarəetmə sistemləri arasında gedir. Azərbaycan, məhz idarəetmənin səmərəliliyini artırmaqla qlobal səviyyədə rəqabətlilik potensialını gücləndirir.

Məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün ölkəmiz hərtərəfli inkişafına nail olub və beynəlxalq reytinq təşkilatlarının Azərbaycanı yüksək səviyyələrdə sıralaması günün reallığıdır.

Azərbaycan öz siyasətini reytinqlərə görə aparmır

"U.S.News" jurnalında dərc olunan reytinq siyahısında Azərbaycanın dünyanın 80 ən güclü ölkələri arasında 45-ci yerdə qərarlaşmasını, məhz ölkəmizdə dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu siyasətin göstəricisi kimi qeyd etmək olar. Bu da, real faktordur ki, Azərbaycan öz iqtisadiyyatını və öz siyasətini hər hansı bir reyintinqlərə görə aparmır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətdə əsas məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bu gün beynəlxalq reytinq təşkilatlarının Azərbaycanı yüksək səviyyələrdə sıralaması günün reallığıdır və xaricdən bizə baxılanda, görünən sevindirici nəticələrdir.

Hazırda Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim etməkdədir. Statistik göstəricilərə nəzər saldıqda və müqayisəli təhlillər apardıqda, aydın şəkildə görünür ki, beynəlxalq miqyasda Azərbaycan qədər dinamik iqtisadi inkişaf göstəriciləri olan ölkələrin sayı azdır. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək, hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.

Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub-saxlanacağını bir daha təsdiq edir.

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"

"Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini və gerçəkliyə adekvat olduğunu göstərmişdir.

Beləliklə, güclü iqtisadiyyatın məntiqi nəticəsi olaraq, Azərbaycanda mühüm sosial proqramlar da ildən-ilə genişlənir. İnsanlarımızın bütün kateqoriyaları həmin proqramlardan maksimum dərəcədə faydalanır və töhfələrini alır. Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə kifayət qədər əminlik yaradır. Artıq bu realllıqlar kimsədə şübhə yaratmır ki, Azərbaycan dövləti və xalqını daha böyük, daha dinamik tərəqqi yolu gözələyir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə