Piylərin və yağların idxalı artıb

Cari ilin on bir ayında ölkəyə 145,2 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. SİA Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında idxal edilən piylərin və yağların dəyəri isə 122,2 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən ilin analoji dövründə ölkəyə 120,3 milyon dollarlıq 128,5 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunmuşdu və bu da cari ildə daxil olan bitki və heyvan mənşəli piylərin və yağların ötən illə müqaisədə 16,7 min ton, yaxud 1,9 milyon dollar daha çox olduğunu təsdiq edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə