Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 8,9 faiz artıb

Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 8,9 faiz artıb

2011-ci ilin yanvar-fevral aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 4,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sənaye məhsulunun 74,3 faizi mədənçıxarma bölməsində, 19,0 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

 

Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 8,9 faiz artmış, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,7 faizini təşkil etmiş, ümumi istehsalın 92,0 faizi sənaye mallarının (əmtəələrin), 8,0 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb.

 

İki ay ərzində neft hasilatı 7,9 milyon ton, təbii qaz hasilatı isə 4,1 milyard kub-metr təşkil edib. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə