Şist neft istehsalının "qızıl dövrü" sona çatır?

Şist neft istehsalının "qızıl dövrü" sona çatır?

Neft İxrac edən ölkələr təşkilatının nazirləri ABŞ-da şist neft istehsalının "qızıl dövrü" nin bitdiyini düşünürlər. SİA-nın xəbərinə görə, bu barədə Bloomberg OPEC-dəki mənbələrə istinadən məlumat yayıb.

Təşkilat üzvlərinin fikrincə, 2020-ci ildə ABŞ-da şist neft istehsalı əvvəlki dövrlə müqayisədə azalacaq.

Neft tacirləri tərəfindən də eyni qiymətləndirilmə aparılıb. Şist neftin hasilatının azaldılması onun olmaması ilə bağlı deyil.

ABŞ-ın müstəqil şist neft şirkətləri maya dəyərinin azaldığını elan edərək, böyük oyunçuların hasilatı artırmağa davam edəcəyi ehtimalını qeyd edirlər.

Bununla yanaşı, OPEC ölkələri üçün ən böyük problem Amerikanın şist nefti deyil, Braziliya və Norveç kimi ölkələrdə “qara qızıl” istehsalının ümumi artmasıdır.

Qeyd edək ki, OPEC və təşkilat xaricindəki bir sıra ölkələrin (OPEC +) neft hasilatının azaldılması ilə bağlı razılığı 2017-ci ilin əvvəlindən qüvvədədir. Sazişlərin uzadılması məsələsinin müzakirə olunacağı OPEC + ölkələri nümayəndələrinin növbəti görüşü dekabrın 5-6-na təyin edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə