Neftin qiyməti düşüb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0, 16 dollar azalaraq 1 barelə görə 86, 20 dollar təşkil edib.

SİA-nın məlumatına görə, fevralın 19-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0, 007 dollar azalaraq 102,52 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə