Bu mövsümdə Şərur rayonunda 4 min 127 hektar sahədə biçin aparılıb, hektarın orta məhsuldarlığı 33,8 sentner olmaqla, 13 min 947 ton arpa və buğda yığılıb. SİA xəbər verir ki, muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Şərurda da yerli iqlim şəraitinə uyğunlaşmış məhsuldar taxıl sortlarına, şırım üsulu ilə əkinlərə üstünlük verilməsi, sahələrə aqrotexniki qaydalara uyğun qulluq göstərilməsi, zərərvericilərə qarşı vaxtaşırı mübarizə tədbirləri aparılması zəmilərdə bol və sağlam məhsul yetişməsinə səbəb olub.
Məhsulun vaxtında və itkisiz yığılması məqsədilə əvvəlcədən genişmiqyaslı hazırlıq işləri görülüb, kombaynlar və digər texniki vasitələr vaxtında təmir edilərək saz vəziyyətə gətirilib. Texnikanın iş prosesində daha tez sıradan çıxan hissələrinin ehtiyatı yaradıldığından biçin vaxtında və itkisiz başa çatıb.
Hazırda biçilmiş sahələr küləş və digər ot qalıqlarından təmizlənir, əkinqabağı vacib olan digər aqrotexniki tədbirlər həyata keçirilir, yay şumuna hazırlıq görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB