Fəzail İbrahimli: "Hazırda ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni prosesin yeni bir mərhələyə daxil olması kimi qiymətləndirə bilərik" - MÜNASİBƏT
"Hər bir dövlətin korrupsiya ilə mübarizədə strateji kursu, proqramı var və bu mərhələlərlə həyata keçirilir". Bu sözləri millət vəkili Fəzail İbrahimli SİA-ya açıqlamasında deyib. Ölkədə korrupsiya ilə bağlı ilk növbədə qanunvericilik bazasının yaradıldığını xatırladan millət vəkili bildirib ki, Milli Məclis tərəfindən təsdiqlənən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbulundan sonra Azərbaycanda Korrupsiya ilə Mübarizə Kommisiyası yaradılıb: "Artıq qanunvericilik bazası, təşkilat var. Hazırda ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni prosesin yeni bir mərhələyə daxil olması kimi qiymətləndirə bilərik. Bu yeni bir şey deyil. Dəfələrlə bu məsələ ilə bağlı prezident səviyyəsində fikirlər səsləndirilib, danışılıb. Bu fikrin dövlət başçısının tapşırıqları, onun bu sahəyə dair apardığı siyasətin arxasında respublikanın hər bir ictimaiyyətinin durması çox vacibdir. Bu prosesin arxasında möhkəm ictimai rəy var. Ona görə də, ölkədə aparılan korrupsiya ilə mübarizə prosesi dövlətdə, xalqda təmizlik ab-havası yaratmaq məqsədi daşıyır".
Prosesin Milli Məclis, bütün qurum və təşkilatlar tərəfindən dəstəkləndiyini dilə gətirən F.İbrahimli bunu müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, bir məsələnin ki, arxasında xalqın istəyi, dövlətin cəsarəti dayanır, orada böyük uğurlar əldə olunacaq: "Bu məsələdə nəfsi əyri, ruhu pis olan adamlar üçün meydanlar bağlanacaq".
Prosesin Yaxın Şərqdə baş verənlərlə hər hansı bir əlaqəsinə gəlincə millət vəkili: "Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə komissiyası və buna dair qanunvericilik bazası Yaxın Şərqdə baş verən hadisələrdən qabaq yaranıb. Ona görə də bu məsələnin onlarla heç bir əlaqəsi yoxdur. Məsələnin bir daha da gündəmə gəlməsi prosesin növbəti mərhələsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB