İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvləri, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının nümayəndələri İqtisadiyyat Nazirliyində olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında, sənaye, ticarət, sahibkarlıq, kənd təsərrüfatı, nəqliyyat-tranzit, turizm, humanitar və sair sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
İranlı deputatlar iyulun 4-də Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB