Cari ilin ilk 4 ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 19 milyon 722 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 79 milyon 851 min dollar çoxdur.
Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxalın dəyəri isə 769 milyon 333 min dollar olub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə