Problemli kreditlərə görə 506 min nəfər kompensasiya alıb

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub. SİA Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına istinadən xəbər verir ki, bu günə qədər artıq 506 min vətəndaşa ödənişlər verilib ki, bu da ümumi məbləğin 84 faizini təşkil edir.

Kompensasiya ödənişləri nəticəsində 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə