Azərbaycan-Qafqaz ölkələri arasında iqtisadi inkişafına görə lider
Azərbaycan, Ermənistan və Gürcüstanın xarici ticarət üzrə məlumatlarnı müqayisə etdikdə Azərbaycan daha yaxşı göstəricilər nümayiş etdirir. SİA-nın xəbərinə görə, 2009-cu illə müqayisədə 2010-cu ildə Gürcüstanın xarici ticarət həcmi 21% artaraq 7,5 milyard dollar, Azərbaycanın xarici ticarət həcmi 34,1% artaraq 27,8 milyard dollar təşkil edib. Eyni dövrdə, Ermənistan xarici ticarətində Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, bu ölkədə Gürcüstan və Azərbaycan ilə müqayisədə ən az artım qeydə alınıb. Belə ki, Ermənistanın xarici ticarəti 12,1% artıb.
Bu müddət ərzində Azərbaycanın ixracı 45,1%, Gürcüstanın ixracı 40%, Ermənistanın ixracı isə 42,2% artıb. 2010-cu ildə Azərbaycanın ixrac həcmi 21 milyard 321 milyon dollar, Gürcüstanın ixrac həcmi 1 milyard 583 milyon dollar, Ermənistanın ixracı isə 1milyard 11 milyon dollar olub. Bu dövrdə Azərbaycanda idxalın həcmi 7,8 % artaraq 6,5 milyard dollar təşkil edib. Bununla müqayisədə Gürcüstanın idxal həcmi 17% artaraq 6 milyarda yaxın, Ermənistanın idxal həcmi 13,9% artaraq 3,8 milyard dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB