Azərbaycanda aqrar sahə ilə bağlı müştərək sığorta fondu yaradılacaq. SİA-nın məlumatına görə, bu, yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.
Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusudur.
Müştərək sığortaçı - müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçıdır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə