SOCAR Bakı Neft Emalı Zavodunun ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdırır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) ərazisində ilkin neft emalı qurğusu tikməyi planlaşdırır.

SİA-nın məlumatına görə, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.

Onun sözlərinə görə, BNEZ-in modernləşdirilməsi çərçivəsində ildə 7,5 milyon tonadək neft emalı gücündə qurğunu keçmiş “Azneftyağ” zavodunun ərazisindən BNEZ-ə köçürmək planlaşdırılırdı:

“Tədqiqatlar göstərdi ki, həmin qurğunu rekonstruksiya etmək səmərəli deyil və yeni qurğu tikmək daha məqsədəuyğundur. BNEZ ərazisindəki mövcud ilkin neft emalı qurğusunun rekonstruksiyası 200 milyon dollardan çox vəsaitə başa gələcək, ona əlavə qurğunun tikintisi üçün isə daha 130 milyon dollar tələb olunacaq”.

T.Qəhrəmanov əlavə edib ki, yeni qurğunun tikintisi 3,5 il çəkə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə