Bu gün Ağstafada qaz olmayacaq
Qaz sızmasının ləğvi ilə əlaqədar bu gün tarixdə saat 10:00-dan 18:00-dək Dağkəsəmən açıq qazpaylayıcı stansiyasından və Köçəsər qazpaylayıcı stansiyasından təbii qazın təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, Ağstafa rayonu da daxil olmaqla ətraf kənd və qəsəbələrə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə