Dəmir yolu nəqliyyatı ilə 456 milyon dollarlıq yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə 456 milyon dollarlıq yük daşınıb

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-fevral aylarında ümumilikdə 998 min 321 ton yük daşınıb ki, bu yüklərin dəyəri 456 milyon 90 min ABŞ dolları həcmindədir.
SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu ilin ilk iki ayı ərzində dəmir yolu nəqliyyatı ilə ixrac olunan 248 min 61 ton yükün dəyəri 82 milyon 556 min dollar təşkil edib.
Həmin dövrdə dəmir yolu nəqliyyatı ilə idxal olunan yüklərin həcmi isə 750 min 259 ton, dəyəri isə 373 milyon 533 min dollar olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə