Problemli kreditlərin maliyyələşməsi mexanizmi artıq hazırdır
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda nəzərdə tutulan işlər həyata keçirilir. SİA xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır: “Kreditlərin həcmi, sayı hazırda dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər aparılacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem yoxdur. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB