“Khazar” zavodu bu il 3000 avtomobil istehsal etməyi planlaşdırır
2019-cu ildə “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. SİA xəbər verir ki, bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.
“Zavodda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub və satılıb. Avtomobillərin 25-30 faizinin kreditlə, qalanının isə nağd şəkildə satışı həyata keçirilib”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB