Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun 8-ci iclası keçirilir TƏDBİR
Bu gün Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun 8-ci iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə Azərbaycan və Almaniyada iqtisadi vəziyyət, 2018-ci ilin 28 avqust tarixində Almaniya Federativ Respublikasının kansleri Angele Merkelin Azərbaycana səfərindən sonrakı müddətdə əməkdaşlıq, eyni zamanda, ikitərəfli əməkdaşlıq, cari məsələlər daxil edilib. İkitərəfli əməkdaşlıqlara enerji sektorunda və qənaət sahəsində, ticarət və sənaye sahəsində, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahəsində, İKT sahəsində, təhsil sahəsində, əczaçılıq sahəsində, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində, turizm sahəsində, menecer təlimi sahəsində, tvinninq proqramları sahəsində və inkişaf əməkdaşlığı sahəsində əməkdaşlıqlar daxildir.
Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun 8-ci iclasında eyni zamanda cari məsələlər, işgüzar mühit və fərdi korporativ məsələlər, yüksək səviyyəli işçi qrupunun 9-cu iclasının tarixi və yerinin müzakirəsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB