"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik"
“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır”. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
O bildirib ki, bir müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik: “İstəyirik ki, iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın. Bunun üçün sahibkarlara stimul yaradır, onları bu addımı dəstəkləməsi üçün həvəsləndiririk . Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, ARDNF-dan transfert əhəmiyyətli dərəcədə artmır".
Nazir söyləyib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilir ki, ancaq indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB