Dayanıqlı kənd təsərrüfatına keçməliyik

Dayanıqlı kənd təsərrüfatına keçməliyik

Meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçid 2050-ci ildə dünyada 200 milyon yeni iş yeri açılmasına səbəb olacaq. SİA-nın verdiyi məlumata görə, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) bu gün keçirilən təqdimat mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak deyib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri həmçinin bildirib ki, ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuıdarlığın artmasına müsbət təsir göstərir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə