Bu gün Bakı Fond Birjasında notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50104925S dövlət qeydiyyat nömrəli, ümumi həcmi- 10 milyon manat, hərraca çıxarılan həcmi- 10 milyon, bir notun nominal dəyəri- 100 manat, tədavül müddəti- 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hərracda 5 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 15 milyon 111 min manat təşkil edib.

Sifarişlər 99.9064% qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti-99.8455%, orta ölçülmüş qiymət-99.8658% səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların ödənmə tarixinin 12 yanvar 2011-ci olduğu bildirilib.

Qeyd edək ki, notların mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə