Rabitə və informasiya texnologiyaları naziri: “Bu ilin sonuna kimi ATS-lərin elektronlaşdırılması tam olaraq başa çatacaq”

Rabitə və informasiya texnologiyaları naziri: “Bu ilin sonuna kimi ATS-lərin elektronlaşdırılması tam olaraq başa çatacaq”
Bu ilin sonuna kimi Azərbaycanda ATS-lərin elektronlaşdırılma, rəqəmsallaşdırılması tam olaraq başa çatacaq. SİA-nın xəbərinə görə bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. O bildirib ki, bununla da ATS-lərin elektronlaşdırılması istiqamətində keçmiş Sovetlər İttifaqında ilk addımı biz atacağıq.

"Hələ 2008-ci ilin noyabr ayında elan etdik ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq bütün Azərbaycan yaşayış məntəqələri ATS və telefon sistemi ilə təmin olunub. Bu gün Azərbaycanın kiçik yaşayış məntəqəsində belə telefon çəkdirmək istəyən istənilən şəxs üçün imkan var. İndi isə yenə də gözləyirik ki, bu istiqamətdə keçmiş Sovet məkanında ilk addımı biz atacağıq. Bu ilin sonunda isə ATS-lərin elektronlaşdırılması, rəqəmsallaşdırılması tam olaraq başa çatacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə