İTM: “Bu ilin 11 ayında ölkədə 9,16 faizlik inflyasiya baş verib”

İTM: “Bu ilin 11 ayında ölkədə 9,16 faizlik inflyasiya baş verib”

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən "Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi" layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin noyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib .

İTM İctimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən xəbərə görə, aparılmış statistik müşahidələrin nəticəsi göstərir ki, 2010-cu ilin noyabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri 2,75 faiz artıb.
Bu zaman Bakıda qiymətlər 2,94 faiz, regionlarda isə 2,56 faiz artıb. Bu ilin 11 ayında ölkədə 9,16 faizlik inflyasiya baş verib.

Ötən ilin noyabrına nisbətən ölkədə istehlak qiymətləri indeksi 10,18 faiz artıb. Bu dövrdə qiymət və tariflərin məcmu və qruplar üzrə indeksləri aşağıdakı kimi dəyişib:

İSTEHLAK QİYMƏTLƏRİNİN İNDEKSİ (% -lə)

Noyabr Oktyabr

2010

Noyabr 2010 /

Dekabr 2009

Yanvar-Noyabr 2010/

Yanvar- Noyabr 2009

Cəmi ərzaq malları və xidmətlər (İnflasiya)

+2,75

+9,16

+6,40

Ərzaq malları, içkilər və tütün

+4,73

+16,15

+9,08

Qeyri-ərzaq malları

+0,65

+1,43

-0,05

Xidmətlər

+0,15

+1,20

+7,58

2010-cu ilin oktyabrına nisbətdə noyabr ayında paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsi aşağıdakı kimi olub:


Cəmi mallar və xidmətlər üzrə

Ərzaq

Qeyri-ərzaq

Xidmətlər

Bakı şəhəri

+2,94

+4,94

+ 1,09

+0,01

Regionlar

+2,56

+4,54

+0,22

+0,28

Noyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə əla növ buğda çörəyi (16.77%), günəbaxan yağı (8,35%), bulka (7,35%), toyuq yumurtası (20,31%), peçenye (7,25%), manna yarması (5,81%), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından yer kökü (10,73%), naringi (13,76%), xurma (6,03%), toyuq (1,23%), qoyun yununda (1,10%) qeydə alınıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi noyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin 1,8 faiz artdığını elan edib.

İTM ekspertləri həmçinin Azərbaycanın 22 regionunda 2010-cu ilin noyabr ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Həmin hesablamalara əsasən, ötən ay Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 156,18 manat, pensiyaçılar üçün 137,14 manat, 0-14 yaşlı uşaqlar üçünsə 191,69 manat təşkil edib. Noyabr ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 98,80 manat, pensiyaçılar 85,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 112,71 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 32,28 manat, pensiyaçılar üçün 29,25 manat, 0-14 yaşlı uşaqlar üçün 61,51 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,1 manat, 22,26 manat və 17,47 manat təşkil edib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" Qanunun əsasında ölkədə 2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə