Ötən ay İqtisadi İnkişaf Nazirliyinə 400-dən çox müraciət daxil olub
2010-cu ilin əvvəlindən indiyədək İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 5200-dən çox, bu ilin oktyabr ayında isə 400-dən çox müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilə xəbərə görə, müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlıdır.
Telefon Məlumat Mərkəzinə daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və nəticəsi barədə müraciətçilərə cavab verilib.
Qeyd: 2009-cu ilin 1 sentyabr tarixində fəaliyyətə başlayan İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinin əsas məqsədi sahibkarlığa dövlət dəstəyinin səmərəsinin daha da yüksəldilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, iş adamlarının iqtisadi və hüquqi informasiya ilə təminatının yaxşılaşdırılması, həmçinin Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vətəndaşların suallarının qanunvericiliyə uyğun olaraq cavablandırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB