BP rəsmisi: "Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq"

BP rəsmisi: "Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq"

"Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir". SİA-nın məlumatına görə, bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

O bildirib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu: "Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə