Azərbaycan və İran vətəndaşlarının rahatlığı təmin edildi

Azərbaycan və İran vətəndaşlarının rahatlığı təmin edildi

İran ilə Azərbaycan arasındakı mövcud gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi hər iki ölkənin vətəndaşlarının rahatlığını təmin edəcək. SİA xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, Biləsuvar və Astara gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi hər iki ölkənin sərhədyanı rayonlarında yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edəcək. Səfir diqqətə çatdırıb ki, adı çəkilən gömrük-keçid məntəqələrinin iş rejiminin artırılması qarşılıqlı iqtisadi və ticarət əlaqələrini inkişafına və ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə