Lyuk Devin: “Aİ Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə dəstək verməyə hazırdır ”

Lyuk Devin: “Aİ Azərbaycanın nəqliyyat qovşağına çevrilməsinə dəstək verməyə hazırdır ”

"Avropa İttfiaqı və Azərbaycan arasında sazişlə əlaqədar insan hüquqları ilə bağlı bir sıra irəliləyişlərə nail olunub". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa İttifaqının Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə xarici siyasət xidmətinin direktoru Lyuk Devin bildirib.

Ticarət sahəsində bütün fəsillər üzrə danışıqları davam etdirmək istədiklərini bildirən L.Devid söyləyib ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük önəmidir: "Azərbaycanın öz iqtisadi gücünə arxalanaraq üzvlüklə bağlı nailiyyətlərə çata bilməməsini anlaya bilmrik. İqtisadiyyatı Azərbaycandan zəif olan ölkələr bu istiqamətdə nailiyyətlər qazanıb. Avropa İttifaqı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və iqtisadiyyatının şaxələnməsinə dəstək verməyə hazırdır. İnanıram ki, Avropa Palamenti bu sahədə əsas oyunçulardan biri olacaq”.

“Biz həm təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq etmək, həm də insan hüquqları və dövlət idarəçiliyi sahəsində nailiyyətlərə çatmaq istəyirik”, - deyə xidmət direktoru qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə