Neftin qiyməti 2 illik göstəriciyə görə ən yüksək səviyyədədir

Neftin qiyməti 2 illik göstəriciyə görə ən yüksək səviyyədədir
Dünya bazarında neftin qiyməti son iki illik göstəriciyə görə ən yüksək səviyyədədir. SİA-nın məlumatına görə, ABŞ-da dolların evro qarşısında dəyər itirməsi fonunda neftin qiymətində yenə artım müşahidə olunub. Qeyd edək ki, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neft bir barelə görə 1,09 artaraq 87,81 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 0,63 dollar artaraq 88,96 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə