"İlham Əliyevin rəhbərliyi altında uğurlarımız daha böyük olacaq" AÇIQLAMA
“Azərbaycan son 15 ildə böyük tarixi inkişaf yolu keçib. Bu, ölkənin sosial sferasının inkişaf etdirilməsində, iqtisadiyyatının diversifikasiyasında, düşünülmüş gənclər siyasətinin yeridilməsində, ölkədə yaşayan müxtəlif etnik qruplarına və dinlərin nümayəndələrinə münasibətində, vətəndaş cəmiyyətin qurulmasında, həm də beynəlxalq siyasətində özünü çox açıq şəkildə özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, 230 milyard dollar investisiyanın ölkə iqtisadiyyatına qoyulması Azərbaycanda sosial problemlərinin kökündən həll etməklə yanaşı iqtisadiyyatın diversifikasiya olunmasına, işsizlik probleminin həllində özünü göstərib: “Ölkə əhalisinin 1,5 milyon nəfər artmasına baxmayaraq işsizliyin və yoxsulluğun son 15 il ərzində 50%-dən , 5,4%-ə düşməsi dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə yaxınlaşması deməkdir. Dünyada 155 ölkə arasında iqtisadiyyatın rəqabətqabiliyyətliyinə görə 35-ci , inkluziv indeksinə görə isə 3-cü yerə malik olmağımız təbii ki, ölkə başçısının apardığı düşünülmüş siyasətin düzgün olmasının göstəricisidir”.
Son illər ərzində Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən böyük enerji və nəqliyyat tranzit layihələri ölkəmizin iqtisadiyyatının inkişaf etməsinə imkan yaratdığını deyən millət vəkili Azərbaycanın artıq dünya ilə qırılmaz tellərlə bağlandığını vurğulayıb və Azərbaycanın dünyada hörmətlə qarşılanan ölkəyə çevrildiyini bildirib.
Azər Badamov qeyd edib ki, ölkə başçısının gənclər bizim gələcəyimizdir cümləsi onu göstərir ki, Azərbaycanın gələcəyini etibar edəcək gənc nəslin yetişdirilməsi və onların dövlət idarəetməsində yaxından iştirakına şəraitinin yaradılması ölkə başçısının Azərbaycanın möhkəm gələcəyini qurmaqda qərarlı olduğunu bir daha sübut edir. Ölkədə insan haqqlarının qorunmasını, ölkə əhalisinin 80%-nin internet istifadəçisi olduğunu qeyd edən Cənab Prezident məqsədimizin yalnız iqtisadi tərəqqiyə nail olmaq yox, həm də paralel olaraq Azərbaycan vətəndaşının azad və rahat yaşayışının təmin edilməsi olduğunu göstərdi. Ümumiyyətlə götürüldükdə Azərbaycan öz dinamik inkişaf yolunu qoruyub saxlayır və düşünürəm ki, qarşıdan gələn dövrdə də cənab İlham Əliyevin rəhbərliyi altında uğurlarımız daha böyük olacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB