Bu gün Bakıda "Kiçik sahibkarlığa dəstək" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu gün Azərbaycanda 900 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib.
O bildirib ki, bu gün ölkədə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün müxtəlif güzəştlər tətbiq edilir, investisiyaların təşviqi ilə bağlı bir sıra sənədlər qəbul edilib. “Artıq Azərbaycan məhsulları bir çox ölkələrdə tanınmış markalarla yanbayan satılır. Onun üzərində "Made in Azerbaijan" yazması, yəni bunun Azərbaycan məhsulu olması qürur vericidir,” – deyə nazir müavini qeyd edib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB