Balakən paylayıcı elektrik şəbəkəsində 9 ay ərzində 25,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib

Balakən paylayıcı elektrik şəbəkəsində 9 ay ərzində 25,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizə yaxın mütləq artım əldə edilib. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qax paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında müəssisə üzrə 2,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 101 faizdən artıq olub. Daimi əhali istehlakçı qrupu üzrə istehlak 1,3 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 103 faizdən artıq olaraq qeydə alınıb. Bu da ötən ilin eyni dövründəki ödənişdən 8,2 faiz çoxdur.

Onu da qeyd edək ki, 2010-cu ilin 9 ayı ərzində müəssisə üzrə 20,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə 91 faiz olaraq qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 12,6 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə ötən ilin eyni dövründəki göstəriciyə nisbətən mütləq 6,4 faiz artaraq 89 faizə yaxın olaraq hesablanıb.

Balakən paylayıcı elektrik şəbəkəsində isə 2010-cu ilin sentyabr ayında müəssisənin xidmət ərazisində 2,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ümumi ödəniş isə ötən ayların debitor borcu da nəzərə alınmaqla 103 faizə yaxın olub. Nəticədə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişdə mütləq artım 5,3 faiz olub. O cümlədən, daimi əhali istehlakçıları tərəfindən istehlak 1,7 milyon kilovatsaatdan artıq olub. Ödəniş isə 98 faizdən artıq olaraq qeydə alınıb. O cümlədən, müəssisə üzrə cari ilin 9 ayı ərzində ümumilikdə 25,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Ödəniş isə ötən ilin eyni dövründəki göstəriciyə nisbətən mütləq 10 faizə yaxın artaraq 90 faizdən çox olub. O cümlədən, sözügedən dövr ərzində daimi əhali tərəfindən istehlak 17 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövründəki göstəriciyə nisbətən mütləq 9,4 faiz artaraq 87 faizdən artıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə