"Prezidentin çıxışı bizim üçün tapşırıq və tövsiyə əhəmiyyətlidir" AÇIQLAMA
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin konseptual çıxışı, həm giriş nitqi, həm də yekun nitqi, energetika sektoru ilə bağlı səsləndirdiyi fikirlər bizim üçün tapşırıq və tövsiyə əhəmiyyətlidir". Bunu SİA-ya açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Y.Babanlı bildirib ki, bu çıxışdan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi vacib xarakterli daşıyır: "Enerji təhlükəsizliyinin tam təmin edilməsi, elektrik enerjisi ilə bağlı heç bir problem olmaması prinsipinin qorunub saxlanılması ilə yanaşı, ehtiyat generasiya güclərinin yaradılması və ixrac potensialının artırılması istiqamətində görülən müvafiq tədbirlər davam etdirilir və bu, davamlı olaraq həyata keçirilir. Qeyd edildiyi kimi, bu il “Şimal-2” elektrik stansiyasının açılışı nəzərdə tutulur. Bu, paytaxt və ümumilikdə, Abşeron yarımadası üçün mühüm əhəmiyyətli bir layihədir. Çünki, inzibati baxımdan strateji mahiyyət kəsb edən paytaxt Bakıda bu həcmdə gücün yaradılması zəruridir və olduqca faydalıdır. Stansiyanın generasiya gücü 400 meqavatdır. Bu böyük generasiya gücü olan stansiyadır, bu da bizə yeni imkanlar verəcək, və ən əsası, ixrac potensialımızı artıracaqdır. Hazırda stansiyada tikinti işləri mövcud qrafikə uyğun aparılır və başa çatdırılacaqdır. “Azərenerji” ASC-nin kollektivi bir daha möhtərəm prezidentimizə bu sahəyə diqqət və qayğı ilə yanaşdığına görə minnətdarlığını bildirir və energetiklər bundan sonra da bütün var qüvvəsi ilə etimadı doğruldacaq, səy və bacarığını əsirgəməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB