Dünyanın ən böyük özəl texnologiya şirkətlərindən Dell, yeni satın almalar etmək və ya səhmlərini birjada satmaq (İPO) kimi bir çox yeni strategiyanı qiymətləndirir.
ABŞ-ın kompüter istehsalçısının idarə heyəti bu ay sonunda şirkətin gələcəyinə istiqamət verəcək yeni həmlələr üzərində razılaşmaq üçün toplaşacaqdır. Dell son böyük addımını, 2016-ci ildə EMC şirkətini 67 milyard dollara satın alaraq etmişdi.
Yüksək xərcli EMC-nin satın almasından sonra gözlədiyi gəliri qazana bilməyən Dell, yeni yollar axtarışındadır və masada bir çox alternativ var. Mövzuya yaxın mənbələrə görə, Dell-in idarə heyəti şirkətin gəlirliliyini və nağd pul axınını artıracaq bir neçə potensial satınalma hədəfi müəyyən edib.
Bloomberg-in xəbərinə görə, Dell hələ qəti bir yol xəritəsi müəyyən etməyib. İdarə heyəti səhmlərin ilkin kütləvi satışını (İPO) müzakirə edəcəkdir.
Dell əksər səhmlərinə sahib olduğu VMware-nin səhmləri son bir ildə 62 faiz artaraq tarixin ən yüksək səviyyəsinə çatıb. Şirkətin, VMware səhmlərinin bir hissəsini və ya hamısını satacağı deyilir.
Prosessorlar, ekranlar və kompüterlər istehsal edən Dell-in, həmçinin RSA adlı bir təhlükəsizlik və Boomi adında bir bulud platforması da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB