Növbəti təlim Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilib
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlimi yanvarın 24-də Dövlət Gömrük Komitəsinin Akademiyasında keçirilib. Təlim Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. SİA-nın məlumatına görə, təlimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri iştirak edir.
Təlim prosesində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi Katibliyinin rəhbəri Mixail Kaşubski "Beynəlxalq ticarət əməliyyatları və sənədləşmə", Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova "Harmonik sistem və malların mənşəyinin müəyyən edilməsi" mövzularında mühazirələr oxuyublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB