Yozef Mayer: “Avstriya sərmayə qoyuluşları baxımından Azərbaycana çox böyük maraq göstərir” - AÇIQLAMA

Yozef Mayer: “Avstriya sərmayə qoyuluşları baxımından Azərbaycana çox böyük maraq göstərir” - AÇIQLAMA
Avstriya şirkətləri üçün Azərbaycana sərmayə qoyuluşları baxımından maraq kəsb edən enerji, neft və qaz, yeniləşən energetika, səhiyyə, o cümlədən turizm sahələri çox maraqlı bir sektor kimi görülür. SİA-nın xəbərinə görə, bu barədə Avstriya tərəfındən Avstriya Respublikasnın iqtisadiyyat, ailə və gənclər nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini Yozef Mayer məlumat verib. O bildirib ki, bundan əlavə, tikinti sektoru, infrastrukturla bağlı olan bütün layihələr Avstriya üçün sərmayə qoyuluşu baxımından xüsusi maraq kəsb edir.

"Azərbaycana çox böyük maraq göstəririk. Belə ki, Azərbaycan effektli inkişaf edən ölkədir. Gələcəkdə Azərbaycanın bank və maliyyə sektorunda daha fəal iştirak etməyi düşünürük. Bu sahədə Avstriya bankları çox fəaldırlar. Onlar Şərqi Avropa və Balkan ölkələrində çox böyük fəallıqla çıxış edirlər. İstərdik ki, Azərbaycanda da bu fəllıq olsun. Azərbaycan şirkətlərinin Avstriya bazarlarında zəif təmsil olunmasına gəlincə qeyd edim ki, burada əsas problemlər standartların tətbiqindən, baytarlıq sektorunda mövcud olan məsələlərdən qaynaqlanır. Biz gələcəkdə ümumi standartların əldə olunmasına çox böyük səylər göstəririk. Digər problemlər isə administrativ xarakter daşıyır. Biz çalışırıq ki, bəzi adminsitrativ problemlərin qısa zaman çərçivəsində həll edilməsinə nail ola bilək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə