“Azərbaycan nefti 70 dollaradək bahalaşıb. Neftin qiymətinin ilin əvvəlində bahalaşmasının bir əsas səbəbi var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib.
Onun sözlərinə görə, Amerika Neft İnstitutu (APİ) dünən açıqlayıb ki, ötən həftənin yekunlarına görə ABŞ-da həftəlik neft ehtiyatları 5 milyon barel azalıb:
“Dünya birjaları da buna reaksiya veriblər, yəni qiymət artıma doğru gediblər. Bu axşam Amerika Enerji Administrasiyası həftəlik məlumatlarla bağlı daha dəqiq məlumatları ictimaiyyət üçün açıqlayacaq. O zaman neftin qiymətində müəyyən korrektələr baş verəcək. Ancaq reallıq bundan ibarətdir ki, Amerikadakı hasilat göstəriciləri bazara təsir edən ən ciddi faktor olaraq qalmaqdadır”.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB