ABŞ İŞİD terror qruplaşmasını dəstəklədiyi barədə iddiaları qəti şəkildə rədd edir.
Bunu Pentaqonun rəsmi nümayəndəsi Rebekka Riberix bəyan edib.
"Birləşmiş Ştatların İŞİD-ə dəstək verməsinə dair iddialar yalan və cəfəngiyatdır. Biz terrorçuları dəstəkləmirik. ABŞ tərəfdaşları ilə birgə terrorçuların yaxalanması, yaxud məhv edilməsi üzərində çalışır"- deyə, Pentaqon rəsmisi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri ABŞ-ı İŞİD-ə dəstək verməkdə ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB