“Dövlət büdcəsinin ÜDM-də payını 35 faizə çatdıra bilsək, Dayanıqlı İnkişaf Məqsədlərinin xeyli hissəsinə nail ola bilərik”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Parlamentdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” adlı kpnfransda çıxış edərkən deyib.
Hazırda dövlət büdcəsinin ÜDM-in 29-30 faizini təşkil etdiyini deyə komitə sədri bildirib ki, büdcədə müdafiə olunan xərclərlə bağlı dinamika artıb: “ÜDM-nin artımı ilə müdafiə olunan xərclər arasında təhlil edilməlidir. Əminəm ki, Azərbaycanın BMT tərəfindən haırlanan Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı proqramdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bütün sahələrdə olduğu kimi bu sahədə də nailiyyətlə əldə edə biləcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB