Astara rayonunda bu il 811 nəfər məhsul istehsalçısına 60 min 186 manat yardım ödənilib. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, bu məqsədlə rayonda yaradılmış komissiyanın təqdimatı əsasında ötən il 2071 hektar əkin sahəsinə görə 1117 nəfər məhsul istehsalçısına 82 min 850 manat yardım veriilib. Həmçinin buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə bu sahədə çalışan 328 nəfərə əlavə 9 min 769 manat yardım edilib.
Qeyd edək ki, cari ilin sonunadək isə kənd təsərrüfatı məhsulları istehsalçılarına 207 hektar buğda və çəltik əkininə görə daha 8 min 280 manat dövlət yardımının verilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB